Ruslar yaralıları döyüş meydanında qoyaraq qaçdılar

0
542

Avqustun 14-də Luqansk vilayətinin Popasnaya rayonu ərazisindəRusiya qoşunlarının hücum qrupu Ukrayna ordusunun dayaq məntəqələrindən birinə hücum edib.

 

Publika.az “inforesist.org” saytına istinadən xəbər verir ki, bu haqda “Facebook” səhifəsində jurnalist Yuri Butusov yazıb.

 

Onun sözlərinə görə, kəşfiyyat və müdafiənin peşəkarlıqla təşkili sayəsində 59-cu briqadanın 11-ci piyada batalyonu rəqibi vaxtında aşkar etməyi bacarıb.

 

“Hər iki tərəfdən atəş açıldı, qumbaralar uçdu. İşğalçılar əlaqə döyüşünə dözməyərək geri çəkildilər. Rusiyalılar iki yaralı muzdlunu döyüş meydanında atdılar. Geri çəkilən rəqibə atəş sistemləri ilə zərbələr vuruldu”, – Butusov qeyd edib.

 

Jurnalist Ukrayna tərəfdən yaralı və ölənlərin olmadığını bildirib. O, ölən rusiyalı döyüşçülərin şəkillərini dərc edib.

BIR CAVAB BURAXIN