Rusiyanın yenı səfiri aranı qarışdırmaq üçün Bakıya gəlirmiş

0
569

Dünəndən bizim mətbuatda Rusiyanın Azərbaycana təyin etmək istədiyi, daha doğrusu tamam başqa məqsədlər üçün ŞƏXSƏN Lavrov tərəfindən Putinə təqdim edilən və artıq hər bir texniki prosedurları HƏLL EDİLMİŞ erməni əsilli, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təcrübəli əməkdaşlarından biri olmuş Georgi Zuyevlə bağlı məlumatları oxuyuram və dərin fikirlərə dalmışam. Məni tanıyanlar bilirlər ki, mən çox nadir hallarda bu cür çox məsuliyyətli məsələlər ilə bağlı yüz ölçüb, min biçəndən sonra fikirlərimi açıqlayıram. Yəni, sözümə və ya özümə hörmət qoymağa çalışıram. Və dünən o məlumatı şəxsən mən İLK DƏFƏ ictimailəşdirdim və çəkildim kənara. Hamının ən məlumatlı şəxs kimi tanıdığı, son vaxtlar adı və fəaliyyəti ərtafında çox ziddiyətli fikirlər söylənilən Eynulla Fətullayev və rəhbərlik etdiyi haqqın.az və mənim də bir vaxtlar redaktor kimi çalışdığım virtualaz.org saytları mənim özəl xəbərimi öz adlarına çıxararaq tamam başqa formada təqdim etdilər. Və bizim mətbuat adına çalışan bəzi yoldaşlar da mənim yazdıqlrıma deyil, məhz Eynulla bəyin saytlarına istinadən xəbərin istiqamətini bir balaca tərəddüdlə dəyişdilər. Necə deyərlər, olsun. Amma, sən demə bizim politoloqlar, millət vəkilləri arasında da Rusiyaya sonsuz bağlılığı olan bəzi dostlar dünəndən başlıyıblar “etika dərsinə”. Hörmətli politoloq İlqar Vəlizadə, hörmətli millət vəkili Rasim Musabəyovun açıqlamalarına baxıram, sadəcə təəssüflənirəm. Yoldaşlar, dostlar, siz elə bilməyin ki, mən şəxsən sizin nə demək istədiyinizi anlamıram. Vallah, ayıbdır. Mənim o cür məsuliyyətli bir yükün altına girib verdiyim açıqlama ilə bağlı xahiş edirəm, ad çəkməsəniz də mənə ünvanladığınız məsləhətləri özünüzə saxlayın.
Əgər siz Rusiyadan çəkinərək özünüzü “yaxşı oğlan” göstərmək istəyirsinizsə, uğurlar sizə. Amma, siz unutmayın ki, Rusiyanın XÜSUSİ OLARAQ Azərbaycana təyin etmək istədiyi adam bura ARANI QARIŞDIRMAQ üçün LAVROV tərəfindən seçilmişdi. Siz arada yaşadığınız və bəhrələndiyiniz Azərbaycan dövlətinin də maraqlarını düşünün. Və indi özünüzü elə sakit və elə “diplomatik” göstərməyə çalışırsınız ki, guya təqribi bilmirsiniz ki, məsələ nə yerdədir. Çox təəssüflənirəm belə yanaşmaya. Fürsətdən istifadə edib bir daha ölkə rəhbərliyinə Rusiyanın bu gizli və xəyanətə bərabər atmaq istədiyi addıma qarşı göstərdikləri təpkiyə görə təşəkkür etmək istəyirəm. Sonda, baxın, Rusiya rəsmiləri artıq anlıyıblar ki, Azərbaycan tərəfi öz yaxın dostları və HƏQİQİ MÜTTƏFİQLƏRİNİN sayıqlığı nəticəsində Rusiyanın məhz 2018-ci il və sonrakı mərhələlər üçün hazırladığı ÇİRKİN MƏQSƏDİN reallaşmasına hesablanmış addımı başa düşüb, artıq bu gün tamam başqa “mahnı oxuyurlar”. Sən demə, bu ilin yayında Zuyevin Azərbaycana səfir kimi Rusiya Dövlət Dumasında komitədə müzakirə edilməsi və müsbət rəy alması, elə belə, “yığışıb 50 qram araq içmək kimi rus adətlərindən” biriymiş.
Ən sonda, dünən yazdığım xəbərə reaksiya verən, şərh yazan dostlara xüsusi minnətdarlığımı bildirirəm. Dostluğumda 5 minə yaxın insan var. Çoxu da heç özləri də bilmirlər ki, nəyə görə mənə dostluq göndərib orada “oturublar”. Ay qardaşlar, siz heç olmasa şəxsi olmayan dövləti, dövlətçilik məsələləri ilə bağlı prinsipial işlərdə bir balaca ayılın zəhmət olmazsa. Siz elə düşünürsünüz ki, yazdıqlarım ancaq mənə və 150 -200 nəfərə aid olan məsələ və ya narahatçılıqdır, yaxud təkcə mənə lazımdır?
Elə ona görə də, Rusiya kimi üzümüzə gülüb, arxadan xəncəri kürəyimizə saplamağa hazır olan ölkənin siyasi dəllaları və hoqqabazları da çalışırlar ki, bizə qarşı öz şovinist və axmaq hərəkətlərini həyata keçirsinlər. Və ən dəhşətlisi də, onların bu hərəkətinə Azərbaycanın suyunu içən, havasını udan bəzi jurnalistlərimiz, politoloqlarımız və adı millət vəkili olan şəxslər də hardasa bəraət qazandırmağa çalışmalarıdır. Ayıq olaq, sayıq olaq, əziz həmvətənlərim!
Tanrı Azərbaycanımızı həm daxildən, həm də xaricdən olan təhlükələrdən qorusun!
Üzeyir Cəfərov, 
tanınmış hərbi ekspert, Moderator.az saytının rus versiyasının redaktoru

BIR CAVAB BURAXIN