Rusiyalı diplomatlar Argentinadan 400 kq kokain çıxarmaq istəyiblər-Qalmaqal

0
274

Argentina ilə Rusiya arasında yeni diplomatik qalmaqal əmələ gəlib. Mediainfo.az-ın xarici  mətbuata əsasən verdiyi məlumata görə,  buna səbəb Rusiya səfirliyinə məxsus  diplomatik poçtda 400 kq kokainin aşkar edilməsi olub. Məsələ ilə bağlı yerli Clarin nəşrinin yazdığına görə, fevralın 21-də  polis Buenos-Ayres yaxınlığındakı Eseyra hava limanında  Romadan öz tanışları ilə ölkəyə gələn İvan Bliznyuku həbs edib. Onun Rusiyanın  diplomatik poçtu vasitəsi  ilə ölkədən 400 kq kokain çıxararaq Rusiyaya aparmaq istədiyi ehtimal edilir. İvan Bliznyukun diplomatik poçtdan istifadə etməsinə isə səfirliyin əməkdaşlarından birinin şərait yaratdığı bildirilir. Onu da deyək bu ilk hadisə deyil.  Belə ki, Clarin nəşrinin yazdığına görə, 2016-cı ildə də Argentina polisi Rusiya səfirliyinə məxsus diplomatik poçtda 389 kq kokain aşkar etmişdi. O vaxt Rusiyanın rəsmi dairələrinin köməyi ilə bu fakt gizli saxlanılmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 3 =