Rusiyada Putinin bir nömrəli rəqibi saxlanıldı

0
346
Aleksey Navalnı - rusiyalı müxalifət lideri

Aleksey Navalnı – rusiyalı müxalifət lideri

Krasnodar diyarı ilə Adıgey respulikası sərhədində müxalifət lideri Aleksey Navalnı və korrupsiya ilə mübarizə fondunun əməkdaşlarının olduğu avtobus saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə siyasətçi öz şəxsi “Twitter”səhifəsində yazıb.
“Necə maraqlı həyatdır. Mənim və bir neçə korrupsiya ilə mübarizə fondunun əmkadaşının olduğu avtobusu polis Krasnodar diyarı sərhədində saxladı. Onlar nə istəyir, məlum deyil”, – deyə siyasətçinin “Twitter” səhifəsində yazdığı yazıda bildirilir.

Aleksey Navalnı və korrupsiya ilə mübarizə idarəsinin əməkdaşları Krasnodar polisinin keçirdiyi “Anakonda” əməliyyatı çərçivəsində saxlanılıblar.

Интересная жизнь какая. Меня и нескольких сотрудников ФБК задержала полиция в Краснодарском крае. Остановили автобус, чего хотят – непонятно

Lakin bir müddət sonra siyasətçi öz “Twitter” səhifəsində növbəti statusunu paylaşaraq artıq sərbəst buraxıldığını açıqlayıb.

Всем вернули паспорта и отпустили. “Анаконда” разжала челюсти. Правда, сказали, что за следующий пост ДПС не отвечают

Aleksey Navalnı Rusiyada hakimiyyətə qarşı çıxan ən fəal müxalifət lideridir. Kremlə öz ittihamları ilə “qan udduran” müxalifətçi Putinin hakim Vahid Rusiya Partiyasını “dələduzlar və oğrular partiyası” adlandırır. Aleksey Navalnı dəfələrlə həbs edilib.

Bu ilin fevralında isə müxalifət lideri, Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı Moskvanın Tverskoy rayon Məhkəməsində Rusiya prezident Vladimir Putinə qarşı iddia qaldırıb.

A. Navalnının Putinə qarşı qaldırdığı iddiaya görə, ölkə prezidenti korrpusiyaya qarşı mübarizə haqqında federal qanunun tələbini pozub. İddiaya görə, Milli Rifah Fondundan yerli mətbuatda Rusiya prezidentinin kürəkəni kimi qələmə verilən Kiril Şamalovun səhmdarı olduğu Rusiya neftkimya nəhəngi SİBUR-a vəsaitin ayrılması və bu barədə məlumatlı olan Vladimir Putinin fəaliyyətsizliyi qanunsuzdur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + eighteen =