Rusiyada maskalılar məktəbliləri girov götürdülər

0
262

Rusiyanın Perm bölgəsində iki silahlı şəxs məktəb binasına hücum edib.

Bununla bağlı Motovilixin rayonunun 127 saylı məktəbinin direktoru məlumat verib.

Şahidlərin sözlərinə görə, hadisə zamanı bir neçə atəş səsi eşidilib. İlkin ehtimallara görə, olay nəticəsində direktor və 4-cü sinif şagirdləri xəsarət alıb. Onlar hazırda silahlılar tərəfindən məktəbdə girov saxlanılır.

Digər şagirdlər isə təhlükəsizlik qüvvələri tərəfindən evakuasiya edilib. Hücum edən şəxslərdən biri saxlanılıb.

“Mash” telekanalının məlumatına görə, hücum zamanı azı 8 nəfər yaralanıb. Hücum edən şəxslər isə məktəbin yuxarı sinif şagirdləridir.Teleqraf.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × three =