Rusiyada general 10 il müddətinə azadlıqdan məhrum edilib

0
528

Rusiya Federal Mühafizə Xidmətinin Şimali Qafqaz Federal Dairəsinin keçmiş rəisi general Gennadi Lopırev 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu generalın vəkili Ruslan Zakalyujnıy bildirib.

Cinayət Məcəlləsinin rüşvətxorluq maddəsi ilə ittiham olunan G.Lopırev cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Məhkəmə generalı 150 milyon rubl (4 milyon 275 min manat, yaxud 2 milyon 515 min dollar) məbləğində cərimə də edib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

BIR CAVAB BURAXIN