Rusiyada dəhşətli yanğın: 5 ölü, 69 nəfər itkin

0
555

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada 3 uşaq olmaqla, 4 nəfər həlak olub.

“Uşaqların cəsədləri kinoteatrın zalından tapılıb”, – əməkdaşlardan biri deyib.

Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov yanğının kino zallarının birində başladığını bildirib.

***

Yanğın zamanı 26 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yanğının hələ də tam söndürülmədiyi bildirilib.

***

BIR CAVAB BURAXIN