Rusiyada çeçen dustaqlar aclığa başladı – Təhqirlər əleyhinə

0
582

Onlar türmə rəhbərliyindən müsəlman məhbuslara qarşı təhqir və işgəncələrə son qoyulmasını tələb edirlər…
7 Çeçenistan sakini 4-cü gündür ki, Rusiyanın Voloqodsk vilayətindəki həbsxanalardan birində aclıq elan edib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb son dövrlərdə həmin dustaqxanada müsəlman məhbuslara qarşı təhqir və işgəncələrin baş alıb getməsidir. Çeçen dustaqlar həbsxana rəhbərliyindən buna son qoyulmasını tələb edirlər. Onlar türmə rəhbərliyindən müsəlman məhbuslara qarşı təhqir və işgəncələrə son qoyulmasını tələb edirlər…
7 Çeçenistan sakini 4-cü gündür ki, Rusiyanın Voloqodsk vilayətindəki həbsxanalardan birində aclıq elan edib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb son dövrlərdə həmin dustaqxanada müsəlman məhbuslara qarşı təhqir və işgəncələrin baş alıb getməsidir. Çeçen dustaqlar həbsxana rəhbərliyindən buna son qoyulmasını tələb edirlər.
Bu haqda jurnalistlərə Çeçenistan sakinlərindən biri -Adam Maqomerzayevin anası  məlumat verib. Qadının sözlərinə görə, bu yayın əvvəlindən başlayaraq sözügedən  türmədəki müsəlman  dustaqlar  mütəmadi olaraq döyülürlər. Dustaq anası deyir: “Məhbuslardan hansının müsəlman olduğunu aydınlaşdırırlar. Təbii ki, İslam dininə mənsub olan heç kəs bunu gizlətmir.  Beləliklə, müsəlman olan insanları  təcridxanalara salırlar. Orada isə heç oturmaq da mümkün deyil. Kəskin soyuq, divarları kif basıb…  Çeçenlərə deyirlər ki, hanı sizin tərifli çeçen hökumətiniz…”
Sentyabrın 25-də Adam Maqomerzayev  qan qusmağa başladıqdan sonra türmə xəstəxanasına yerləşdirilib. Hərarəti 40 dərəcəyə yüksəlib. Onun səhhəti tam yaxşılaşmamış  xəstəxanadan çıxarıblar. Bundan sonra Adam digər 6 çeçen məhbusla birgə aclığa başlayıb.
Çeçen ana islah müəssisələrində qanunlara nəzarət edən prokurorluq orqanına və digər instansiyalara müraciət edib. Lakin hələlik cavab yoxdur. Əlaqədar qurumlar jurnalistlərin də sorğularını cavablandırmayıb.

BIR CAVAB BURAXIN