Rusiya Ukryananın 68 kompaniyasına sanksiya tətbiq edib

0
486

Rusiya Baş naziri Dmitri Medvedev Ukraynanın 368 vətəndaşına və 68 kompaniyasına qarşı sanksiyanı nəzərdə tutan sənədi imzalayıb.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barəfə nazirlər kabineti mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Sanksiyaya məruz qalan şəxslər və kompaniyaların Rusiyadakı bank hesabları dondurulur və onlar bu vəsaitdən istifadə hüququndan qeyri-müəyyən müddətə məhrum edilirlər.

Sanksiyaya məruz qalanlar arasında Ukrayna Konstitusiya Məhkəməsinin sədri, VIII çağırış Ali Radanın deputatları, Ukrayna prezident administrasiyasının məmurları, icra qurumları rəhbərləri, iri kompaniyaların rəhbərləri, hüquqi və fiziki şəxslər də var.

 

 

 

 

 

BIR CAVAB BURAXIN