Rusiya SSRİ-də doğulan azərbaycanlılara yeni pasportlar paylayacaq?

0
629

“Rusiya SSRİ-də doğulan azərbaycanlılara yeni pasportlar paylayacaq?

Rusiya vətəndaşlığını bütün arzu edənlər, hansılar ki, SSRİ-də doğulublar, alacaqlar. İndi onlara başqa dövlətin təbəəliyindən imtina haqqında sənədli sübut lazım olmayacaq.

Bu barədə “Komsomolskaya Pravda” qəzeti yazıb.

Nəşrin informasiyasına əsasən, Dövlət Dumasının Milli məsələlər üzrə komitəsi rus dilinin daşıyıcıları üçün Rusiya vətəndaşlığının alınmasını sadələşdirən qanun layihəsini bəyənib. Sənəd “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” qanunlara düzəlişlərin edilməsini nəzərdə tutur. Ona əlavə olunan izahedici qeyddə bildirilir ki, sənəd prezident Vladimir Putinin tapşırığına uyğun olaraq hazırlanıb.

Qanunvericilər “rus dilinin daşıyıcıları” kateqoriyası altına keçmiş Rusiya imperiyasının və ya SSRİ-nin ərazisində doğulmuş vətəndaşların, həmçinin Rusiyada doğulmuşlarla birbaşa qohumluq əlaqəsinə malik şəxslərin daxil olunmasını təklif edirlər.

Bundan başqa, güman edilir ki, onlar başqa dövlətin vətəndaşlığından imtina haqqında sənədli təsdiq təqdim etmədən də yaşamaq üçün sənəd ala biləcəklər. Yeri gəlmişkən, məhz bu bəndin mövcudluğu məmurlara Rusiya vətəndaşlığını almaq istəyənləri incitməyə əsas verir və əksər hallarda onlara rədd cavabı vermək üçün qanuni baza rolunu oynayırdı.

Layihə 30 dekabr 2016-cı il Dumanın MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin (“Vahid Rusiya”) tərəfindən təqdim edilmişdi. Sonradan ona partiyadan olan deputat həmkarları Artyom Turov, Natalya Poklonskaya və Umaxan Umaxanov da qoşuldular.
Yaxın vaxtlarda qanun layihəsinə Dumanın başqa komitələri tərəfindən də baxılacaq və o, Dövlət Dumasında səsverməyə çıxarılacaq.

Ekspertlər deyirlər ki, layihənin kimlər tərəfindən hazırlandığı nəzərə alınsa, onun qəbulu ehtimalı praktik olaraq yüz faizdır.

BIR CAVAB BURAXIN