Rusiya qətliamı etiraf etdi

0
230

Rusiyanın dövlət televiziyası olan “Russia Today” ölkəsinin törətdiyi qətliamı etiraf edib.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kanal səhvən Rusiya hava qüvvələrinin Suriyada misket bombaları ilə hücuma hazırlaşdığı barədə süjet verib.

 

Məlumata görə, Rusiya kanalı iyunun 18-də Rusiya müdafiə naziri Sergey Şoyqunun Suriyadakı “Xmeymim” hava bazasına ziyarəti ilə bağlı süjet hazırlayıb. Süjetdə Şoyqunun bazada apardığı yoxlamalar və hava əməliyyatlarına qatılan Rusiya hərbi təyyarələrinin əməliyyata hazırlığı yer alıb.

 

Görüntülərdə Rusiya təyyarəsinin RBK-500 ZAB 2.5SM adlı misket bombadan (misket bombası “bomba içində bomba” kimi tanınan güclü bir silahdır. Bomba havada açılır ve içindəki kiçik bombalar ətrafa dağılaraq partladığı üçün təsir etdiyi ərazi olduqca böyük olur – red.) istifadə etdiyi görünür. Rusiyanın Suriyadakı aviasiyasının misket bombalarından istifadə etdiyini göstərən video kanalın səlahiyyətliləri tərəfindən dərhal rəsmi “Youtube” kanalından götürülüb. Rusiya telekanalı misket bombalarının yer aldığı 5 saniyəlik hissəni çıxararaq videonu yenidən yayıb.

 

Daha əvvəllər də Rusiyanın Suriyada misket bombasından istifadə etdiyinə dair xəbərlər yayılıb. Beynəlxalq Əfv Təşkilatı da ötən ilin dekabr ayında bu mövzuda hesabat dərc edib. Məlumata görə, Rusiya 2015-ci ilin sentyabr ayından Suriyada 2 minə yaxın mülki vətəndaşı öldürüb.

 

Rusiya Müdafiə Nazirliyi isə iddiaları rədd edib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × one =