Rusiya niyyətini açıqladı – “Dnestryanı əhalisi vilayətin Rusiyaya birləşməsini istəyir”

0
170

Rusiyanın sorğuların keçirilməsi üzrə qurumu olan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Moldovanın Dnestryanı vilayətində keçirdiyi sorğunun nəticələrinə görə, bu vilayətin əhalisinin 86%-i Moldovadan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan bu ərazinin Rusiyaya birləşməsini istəyir.
Virtualaz.org “RİA Novosti”yə istinadən bildirir ki, sorğunun nəticələrinə görə, Dnestryanının əhalisinin 86%-i tanınmayan respublikanın Rusiyaya birləşməsini onun “inkişafı üçün ən optimal yol” hesab edir.
Bildirilir ki, Moldovanın bu vilayətinin əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edir. 1992-ci ildə Moldova hökuməti Dnestryanı problemini güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğursuz alınıb.
Sorğuya gəlincə, rəyi soruşulanların 9%-i Dnestryanının müstəqil olmasının, 2%-i Moldovanın tərkibinə qayıtmasının, 1%-dən az hissəsi isə Rumıniyaya birləşməyin zəruriliyini bildiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − four =