Rusiya Müdafiə naziri Polşanı hədələyib

0
446

Rusiyanın Müdafiə naziri, əslən Tuva türkü olan Sergey Şoyqu Polşanı növbəti dəfə hədələyib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən  verdiyi məlumata görə, Şoyqu deyib ki, Polşa öz ərazisində ABŞ hərbi hissələrini yerləşdirəcəyi təqdirdə  Rusiya buna qarşı cavab tədbirləri həyata keçirəcək. Onun sözlərinə görə, Polşa ərazisində yerləşdiriləcək ABŞ  hərbi hissələrindən gələn təhlükəyə qarşı Rusiya ən müasir silahlardan və hərbi-texniki imkanlardan istifadə edəcək. Şoyqu eyni zamanda bildirib ki, bütün hallarda Rusiya Qərblə qarşıdurmaya getmək istəmir. Halbuki Qərblə münasibətlərin gərginləşməsinə səbəb Rusiyanın Krımı işğal etməsi olub.

 

 

BIR CAVAB BURAXIN