Rusiya müdafiə naziri Suriyaya göndərilən S-300-lərin videosunu yayıb

0
264

Rusiya Müdafiə Nazirliyi Suriyaya göndərilən S-300 zenit-raket komplekslərinin videosunu yayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, video bu gün səhər “Rossiya24” və “Zvezda” telekanallarının efirində yayımlanıb. Kadrlarda S-300 zenit-raket komplekslərinin Suriyanın Xmeymim hərbi bazasında An-124-100 “Ruslan”təyyarəsindən boşaldıldığı əskd olunub.

Xatırladaq ki, ötən gün Təhlükəsizlik Şurasının iclasında Rusiya Müdafiə Naziri Sergey Şoyqu prezident Vladimir Putinə məlumat verib ki, Suriyaya S-300 zenit-raket komplekslərinin verilməsii çərçivəsində 49 ədəd hərbi texnika  göndərilib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen − 7 =