Rusiya millisinə 20 milyon dollar mükafat verilib

0
445

Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.

“Report”un “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, mükafatın 8 milyon dolları açılış oyununda Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə ilə əlaqədar olub. Bunun 6 milyon dolları futbolçulara, 2 milyon dolları məşqçi və texniki işçilərə ödənilib.

Misiri 3:1 hesabı ilə yenərək, 1/8 finala vəsiqə qazanması qarşılığında isə Rusiya yığmasına bu həftə 12 milyon dollar veriləcək. Bunun 9 milyon dolları oyunçulara, 3 milyon dolları məşqçi və texniki heyətə çatacaq.

Uruqvayla son tur qarşılaşması üçün isə mükafat nəzərdə tutulmayıb. Rusiya 1/4 finala yüksəlsə, daha 15 milyon dollar qazanacaq.

BIR CAVAB BURAXIN