Rusiya mənbələri: “Gülnarə Kərimova öldürülməyib…”

0
663
 11

“İnterfaks” agentliyi Özbəkistanın birinci prezidenti Gülnarə Kərimovanın noyabrın 5-də zəhərlənərək öldürüldüyü haqda xəbərləri təkzib edir.

Virtualaz.org xəbər verir ki, bu barədə agentliyə “informasiyalı mənbə” bildirib. Lakin mənbə xəbərlə bağlı əlavə təfərrüatlar verməkdən imtina edib.

RİA Novosti agentliyi də analoji məlumat yayıb. Agentlik İslam Kərimovun ailəsinə yaxın mənbəyə istinadən bildirir ki, Gülnarə Kərimova sağdır və onun ölümü haqda yayılan xəbərlər yalandır.

Hələlik Özbəkistan hakimiyyət dairələri Gülnarənin ölümü ilə bağlı hər hansı şərh verməyiblər.

*   *   *15:51

Özbəkistan xüsusi xidmət orqanlarındakı anonim mənbə bildirib ki, Gülnarə Kərimovanı noyabrın 5-də zəhərlə öldürüblər və gizlicə Daşkəndin “Minor” qəbiristanlığında basdırıblar.

Xəbərə görə onun qəbrini yerlə bərabər ediblər ki, basdırıldığı yeri tapmaq mümkün olmasın.

Həmin mənbə məlumatı “Mərkəz-1” (centre1.com ) adlı saytın jurnalistinə telefonla verib, deyib ki, Gülnarə Kərimovanın dəfnində şəxsən iştirak edib. Mənbənin bildirdiyinə görə G.Kərimovanın uşaqları İslamla İmanın taleyi üçün narahat olduğuna görə bu məlumatı çatdırmaq qərarına gəlib.

Hələlik bu xəbərə rəsmi qaynaqlar şərh verməyiblər. Bildirilir ki, son günlər Tvitter-də “Gülnarəni göstərin” akkauntu fəaliyyət göstərir və sosial şəbəkə istifadəçiləri Özbəkistan hakimiyyətindən mərhum prezidentin qızını göstərməyi tələb edirlər. Bu arada Tvitterdə G.Kərimovaya aid olduğu iddia edilən başqa hesab da fəaliyyət göstərir, xüsusi xidmət orqanlarının açdığı ehtimal olunan həmin hesabdan köhnə ailə fotoları yayılır.

Xatırladaq ki, G.Kərimova 2014-cü ildən Daşkənddə ev dustağı kimi saxlanılırdı və onu atasının dəfnində iştirak etməyə qoymamışdılar.

virtualaz.org xəbər verir ki, Gülnarə Kərimovanın ölümü barədə xəbəri yayan centre1.com saytı Nyu Yorkda mənzillənib və  ABŞ-da mühacirətdə olannüfuzlu özbək jurnalisti Qalima Buxarbayeva saytın redaktorudur. Buxarbayva 2005-ci ildə Özbəkistan hakimiyyətinin Əndicanda törətdiyi qırğınlar barədə xəbərləri yaydığı üçün təqiblərə məruz qalıb və ölkədən qaçmalı olub. Daha sonra ABŞ-dan sığınacaq alıb, jurnalistika üzrə bir sıra beynəlxalq mükafatlar qazanıb.

*   *   *15:40

BIR CAVAB BURAXIN