Rusiya jurnalistləri Stalinə görə əlbəyaxa oldular – VİDEO

0
609
“Komsomolskaya pravda” radiostansiyasında canlı yayım zamanı tanınmış Rusiya  jurnalistləri Maksim Şevçenko və Nikolay Svanidze  arasında yumruq davası düşüb.
Media məşhurları arasında söz atışması “Stalinizm müalicə edilməli olan bir xəstəlikdirmi?” sualının müzakirəsi zamanı baş verib. Şevçenko, bəyan edib ki, Svanidze öz şərhi ilə sovet əsgərlərinin qəbirlərinə tüpürür.
Bunun cavabında Svanidze rəqibini “əclaf” adlandırıb və  onun ağzını dağıtmaq lazım olduğunu söyləyib. Şevçenko isə cürəti çatırsa, bunu  elə indi  etməyə çağırıb. Svanidze tərəddüd etmədən həmkarına tərəf gedib  və onun üzünə sillə vurub. Şevçenko isə ona yumruqlarıyla  ciddi  cavab verib. Aparıcı tanınmışlara canlı efirdə olduqlarını xatırladaraq mədəniyyətə dəvət edib. Studiyadakı kişi əməkdaşlar jurnalistləri çətinliklə sakitləşdiriblər. Moderator.az

BIR CAVAB BURAXIN