Rusiya İstintaq Komitəsinin sədri də ABŞ-ın sanksiya siyahısına düşdü

0
628

Alexandr Bastrıkin

Alexandr Bastrıkin

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin adı genişləndirilmiş sanksiyaları nəzərdə tutan “Maqnitski siyahısına” salınıb.

Amerikanın hakimiyyət orqanları sanksiya siyahısına Dövlət Dumasının spikeri Andrey Luqovoyun, biznesmen Dmitri Kovtunun, müstəntiq Stanislav Qordiyevskinin və Hermitage Capital fondu üzrə işin fiqurantı Gennadi Plaksinin də adlarını əlavə ediblər.

ABŞ-da 2012-ci ildə qəbul olunmuş “Maqnitski aktı” ABŞ Konqresi üzvlərinin rəyinə görə insan haqlarının pozulmasında və korrupsiyada ittiham olunan rusiyalılara şamil edilir.

Maqnitski aktı Vaşinqtonun nöqteyi-nəzərinə görə Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlı Rusiya məmurlarına qarşı viza qadağanı və başqa maliyyə sanksiyaları nəzərdə tutur.

Maqnitski Moskvada bir ildən də artıq müddətdə insan haqları müdafiəçilərinin “işgəncə” adlandırdıqları şəraitdə saxlandıqdan sonra ölüb.

Onun Hermitage fondundakı həmkarlarının fikrincə, Maqnitskiyə qarşı cinayət işi onun Rusiya büdcəsindən milyardlarla rubl pulun oğurlanması ilə bağlı məsələni qaldırmasına görə qisas aktı olub.

Maqnitski aktının yeni varantı – Qlobal Maqnitski aktı bütün ölkələrə tətbiq edilə bilər.

BIR CAVAB BURAXIN