Rusiya ilə Ermənistan birgə hərbi təlimlər keçirəcəklər

0
450

Baqramyan adına hərbi poliqonda Rusiya-Ermənistan birgə hərbi təlimləri keçiriləcək.

Mediainfo.az-saytının verdiyi xəbərə görə, bu barədə Ermənistan MN Mətbuat Xidmətinin yaydığı pres-relizdə bildirilir. Hərbi təlimlərdən əsas məqsəd hava hücumundan müdafiə qüvvələrindən istifadə etməklə Ermənistanın dövlət sərhədlərinin müdafiəsinin möhkəmləndirilməsi və müdafiə döyüşlərinin aparılması taktikasının sınaqdan çıxarılmasıdır. Hələlik hər iki tərəfdən hərbi təlimlərdə iştirak edəcək hərbi texnika və əsgərlərin sayı barədə hər hansı məlumat verilmir.

 

BIR CAVAB BURAXIN