“Rusiya ilə Azərbaycan arasında misilsiz səviyyədə etimad var”

0
346

“Heç şübhəsiz, Azərbaycan istər Cənubi Qafqazda, istərsə də dünya miqyasında bizim həqiqi konstruktiv tərəfdaşımız olaraq qalır”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.

“Hər bir ölkə ilə olduğu kimi, aramızda da problemlər də, həll olunmamış məsələlər də var, amma eyni zamanda iki ölkənin liderləri səviyyəsində nail olunmuş misilsiz səviyyədə etimad da var. Biz müxtəlif istiqamətlərdə təmaslar saxlayırıq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Rusiyaya səfəri də buna əyani sübut edir. Parlamentlər səviyyəsində də son dərəcədə səmərəli, məzmunlu təmaslarımız var. İndi də Azərbaycandakı növbədənkənar seçkilərin nəticələrini gözləyəcəyik”, – Rusiya rəsmisi qeyd edib.

“Bütün bunlar Azərbaycandakı həmkarlarımızla konstruktiv dialoq halında olduğumuzu göstərir, bu mənada başa çatan 2019-cu il irəliləyiş ili oldu”, – rusiyalı deputat vurğulayıb.