Rusiya Hərbi Kəşfiyyat İdarəsinin yeni rəisi vitse-admiral təyin edildi

0
482

Rusiya Hərbi Kəşfiyyat İdarəsinin yeni rəisi  vitse-admiral İqor Kostyukov təyin edilib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə TASS-a müdafiə nazirliyindəki mənbə məlumat verib: “Vitse-admiral İqor Kostyukov Rusiya Hərbi Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. O bu təyinata kimi bu vəzifəni müvəqqəti olaraq icra edirdi”.

Kostyukov hərbi dənizçidir, Hərbi Diplomatik Akademiyanı bitirib, uzun illər Rusiya Hərbi Kəşfiyyatında müxtəlif vəzifələrdə işləyib. Ötən il hərbi kəşfiyyatda xüsusi xidmətlərinə görə, ona Rusiyanın Milli Qəhrəmanı adı verilib