Rusiya Ermənistanda hakimiyyətə Sergey Lavrovu gətirməyə hazırlaşır?

0
493

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda anti Rusiya ovqatının qızışması və Moskvaya sadiq insanların, o cümlədən Köçəryanın həbs edilməsi Kremli hərəkətə gətirib. Ötən gün  məsələ ilə bağlı açıqlama verən Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov(Kələnətərov)  Moskvanın Köçəryan və digərlərinin həbsindən narahat olduğunu bildiirb. O deyib ki Paşınyan hakimiyyətə gələrkən sabiq yüksək vəzifəlilərin (Moskvaya sadiqlərin) həbs edilməyəcəyinə söz vermişdi. Lavrov-Kələntərov deyib ki, Moskva Ermənistanda baş verənlərdən ciddi narahatdır və bölgədəki hadisələri həssaslıqla və diqqətlə izləyir və orada baş verənlərə uyğun da addımlar atacaq. Əksər politoloqlar Lavrov-Kələntərovun bu açıqlamasını Paşinyana açıq şəkildə xəbərdarlıq kimi dəyərləndirib. Əslində  Paşinyanı devirmək Rusiya üçün problem deyil. Lakın Moskva bunun üşün fürsət və əlverışlı vaxt gözləyir.  Eyni zamanda Rusiya hələlik Paşinyanı əvəz edə biləcək və özünə sadiq adam axtarışındadır. Belə sadiq adamın isə daha çox Sergey Lavrov-Kələntərov ola biləcəyi ehtimal edilir.

Yerı gəlmişkən onu da deyək ki, keçmiş xarici işlər naziri Nalbandyan, eks prezidentlər Köçəryan və Sarkisyan da vaxtı ilə Rusiya kəşfiyyatı ilə sıx bağlı olublar. Onların yüksək vəzifələrə gətirilməsinda Rusiya Kəşfiyyat Xidmətinin əli olduğu barədə vaxtı ilə mətbuatda kifayət qədər yazılar gedib. Bu baxımdan devriləcək Nikol Paşinyanı Sergey Lavrov-Kələntərovun əvəz edə biləcəyi ehtimalı yüksək hesab edilir. Çox güman ki, Lavrov-Kələntərov bir müddət Ermənistanı idarə edəndən sonra yerini Moskvaya  sadiq digər birisinə verərək yenidən Rusiyada yüksək vəzifələrdən birinə irəli çəkiləcək….

Buna paralel olaraq Paşinyanın hərbi çevriliş yolu hakimiyyətdən salınacağı və onun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun gətiriləcəyi  də istisna edilmir. Hələliksə Rusiya Paşinyanın hərəkətlərinə səbrlə dözməkdə və onun atdığı və ata biləcəyi addımlara qarşı cavab zərbəsi hazırlamaqla məşğuldur. Belə cavab tədbirlərindən biri qarşıdan gələn qış aylarında Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması və ya onun həcmini azaltması, müxtəlif bəhanələrlə Ermənistana qazı fasilələrlə verməsi ola bilər. Bu yolla Rusiya yerli əhalini Paşinyana və onun komandasına qarşı qaldıra, bölgədə kütləvi etiraz aksıyaları təşkil edə bilər. Belə güman etmək olar ki, Paşinyan anti Rusiya siyasətini davam etdirəcəyi təqdirdə, o üzun müddətə hakimiyyətdə qala bilməyəcək və onun taleyinə uzağı yaxın 6-8 ay ərzində aydınlıq gətiriləcək.

Əziz Mustafa

BIR CAVAB BURAXIN