“Rusiya dövlətçiliyinin əsasını türk-müsəlman dövləti qoyub”

0
1411

 

Amma bu gün müsəlmanlar Rusiyada məscid azlığı və s. problemlərdən əziyyət çəkirlər…
“Rusiyanın dövlətçiliyi öz başlanğıcını müsəlman Qızıl Ordu dövlətindən götürür”.
Bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Damir Muxetdinov Qətər Təhsil nazirinin müavini, Dinlərarası Dialoq Mərkəzinin sədri Dr. İbrahim əl-Naiminin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşdə bəyan edib. Görüş 2018-ci ildə iki ölkənin mədəniyyət ili çərçivəsində keçirilib. Bu barədə Müftiliyin mətbuat xidmətindən məlumat verilib.
D.Muxetdinov qonaqlara Rusiya dövlətinin formalaşmasında türk-müsəlman Qızıl Ordu dövlətinin rolundan bəhs edib. Və bildirib ki, xüsusən Moskva çarlığının, eləcə də bütövlükdə Rusiyanın hökumət və dövlətçilik sistemi öz başlanğıcını Qızıl  Ordudan götürüb. Onun sözlərinə görə, Moskva  məhz  Qızıl Ordu dövründə güclü mərkəzə çevrilib.
“Ruslar  daha çox Qızıl Ordu qoşunlarının tərkibində vuruşublar, nəinki ona qarşı…” – deyə Rusiya din xadimi vurğulayıb.
Bundan əlavə, din xadimi Moskvada və digər bölgələrdə müsəlmanların üzləşdiyi problemləri qeyd etməyi də unutmayıb. Bu sırada D.Muxetdinov Rusiyada məscidlərin azlığı və müsəlmanların dini ayinlərini icra etməsi üçün zəruri infrastrukturunun olmamasını göstərib.
Qeyd edək ki, Qızıl Ordu İmperiyası Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış(1240-1502) Avropa və Asiya qitələrində yerləşən   türk-müsəlman dövləti olmuşdur.Moderator.az

BIR CAVAB BURAXIN