Rusiya demoqrafik fəlakətin astanasında – ölüm doğumu üstələyib

0
368

Vladimir Putin özünün sonuncu mətbuat konfransında bütün sahələrdə müsbət mənada artan rəqəmləri göstərərək öyünməklə məşğul oldu. Bunlardan biri də Rusiyada əhali sayının artması ilə bağlı gətirilən statistikadır. Lakin həm yerli, həm də xarici müstəqil media Rusiya prezidentinin verdiyi rəqəmlərlə ya özünü aldatdığını, ya da qəsdən yalan danışdığını bildirir.

Almaniyanın “Die Welt” qəzetinin müxbiri Pavek Lokşinin məsələ ilə bağlı yazdığı məqalə Rusiyadakı demoqrafik vəziyyətin Putinin təsəvvürlərindən daha bərbad halda olması haqdadır.

“SSRİ dağıldıqdan sonra Rusiyda hökm sürən xaos illərində əhalinin sayı 7 miloyn azalaraq 142 milyona düşmüşdü. Lakin Putin tərəfindən 2007-ci ildə gətirilən proqram nəticəsində vəziyyət müsbətə doğru dəyişməyə başlayıb. 2013-2016-cı illərdə isə rəsmi rəqəmlərə görə Rusiyada doğum sayı ölümü üstələmişdi. Rusiya prezidenti tərəfindən 5 il öncə elan edilən proqrama görə isə əhali sayının 154 milyon nəfərə çatdırılması olduqca real görünürdü.

Картинки по запросу демографические проблемы Putin

Lakin Rusiya Statisitika Xidməti, “Rosstat” yeni rəqəmlər ortaya qoyub. Məlum olub ki, bu il Rusiyada 1,42 milyon doğuma qarşı 1,53 milyon ölüm halı qeydə alınıb”, – məqalədə yazılıb.

Müəllif Kremlin bu səbəbdən demoqrafik siyasətdə tələsik dəyişikliyə getdiyini bildirir. Yeni qanuna görə 2018-ci ildən etibarən yeni doğulan körpələrin ailələrinə yaş yarıma qədər ayda 150 avro pul veriləcək. Lakin maraqlıdır ki, məhz demoqrafiya sahəsində çalışan ekspertlər bu qanunu sərt şəkildə tənqid edərək onu yersiz populizm adlandırıblar.

Rusiya Ali İqtisad Məktəbinin Demoqrafiya institutunun direktoru Anatoli Vişnevskinin fikrincə, demoqrafik prosesləri rahatlıqa idarə etmək mümkün deyil: “Rusiyanın problemləri o qədər dərindir ki, onu Putinin vəd etdiyi qısamüddətli ödəmələrlə həll emək olmaz”.

Картинки по запросу 150 евро каждому ребенку

Məqalədə Rusiyanın demoqrafik vəziyyətinin ən çox 2-ci dünya müharibəsində zərər gördüyünü vurğulanır. Xüsusilə 2-ci dünya savaşı ölkədə 25 milyon insanın həyatına son qoyub. Lakin dünyanın ərazi cəhətdən ən böyük dövlətində əsl demoqrafik fəlakət 1993-cü ildən bu yana yaşanır.

Vişnevskinin sözlərinə görə, bu gün vəziyyəti heç yüksək doğumluluq səviyyəsi də düzəldə bilməz.

“2024-cü ilə qədər 18-35 yaşlı rusiyalıların sayı 4 milyona qədər azalacaq. Belə olan halda əhalinin Putinin elan etdiyi tempdə artması qətiyyən mümkün deyil. Putinin məqsədi xəyalpərəstlikdən və təxəyyüldən ibarətdir”, – Lokşin qeyd edir.

Картинки по запросу молодежь россии

Ölkədə doğum sayının aşağı düşməsi bu yana ölüm səviyyəsinin artması ayrıca bir dərdə çevrilib. Rusiya demoqrafları artıq neçə müdddətdir hökuməti bununla bağlı təcili tədbirlər görməyə çağırırlar.

“Ölkə hələ də ölüm səbəbləri ilə mübarizədə böyük uğurlar əldə edən inkişaf edən dövlətlərin quyruğunda sürünür. Xüsusilə ürək-damar və onkoloji xəstəliklərlə mücadilədə acizlik müşahidə olunur. Uşaq ölmləri və yol qəzalarında həlak olanların sayı inkişaf edən ölkələrin göstəricilərini qat-qat üstələyir. Rusiya küçələrində hər il Almaniyada ümumi ölənlərin sayından 4 dəfə artıq insan məhv olur!”, – məqalədə göstərilib.

Картинки по запросу бомж россии

“Rusiyada səhiyyəyə ayrılan vəsait XXI əsrin tələblərindən çox uzaq olub, ümumdaxili məhsulun (ÜDM) cəmi 4,2%-ni təşkil edir. Halbuki Almaniyada ÜDM-in elə üçdə biri məhz bu sahəyə ayrılır”, – Vişnevski bildirir.

Hökumət son 15 ildə ölkədə xəstəxanaların yarısını bağlayıb və proses dayanmır. Proqnozlara əsasən 2021-ci ilə qədər Rusiyada cəmi 3 min xəstəxana olacaq. Bu rəqəm çar dövründəki xəstəxanaların sayı qədərdir(!).

Картинки по запросу больницы россии

“Rusiya həkimlərinin orta aylıq məvacibi saatda 2 avro miqdarındadır. Bu “Makdonalds” kassirinin aldığı maaşdan da azdır. Bütün bunların fonunda isə ölkədə ölümlərin sayının azalacağına ümid etmək ən azı sadəlövhlükdür”, – məqalədə bildirlir.

Yazıda Rusiya Federasiyasının tədricən ölməkdə olan ölkəyə çevrilməkdən 90-cı illərdə keçmiş SSSİ respublikalarından gələn 3 milyon miqrantın qurtardığı vurğulanır.

Картинки по запросу азербайджанцы в россии

“Lakin heç onları da burada qucaq açıb gözləyən yoxdur. Çünki miqrantlar rusiyalaıar üçün həm sosial yardımların alınmasında, həm də əmək bazarında ciddi rəqib sayılır”, – müəllif qeyd edir. Rusiya əhalisinin 60%-i hətta müvəqqəti miqrasiyanın qadağan olunmasını istəyir.

“Bu anlayışla Rusiya 10 ildən sonra demoqrafik xəndəyin içində batıb qalacaq”, – Vişenvski məqalədə rəyini söyləyib. (musavat.com)

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 1 =