Rusiya “casusu” Tillerson dövlət katibi oldu

0
561
 
 Reks Tillerson

Mike Pompeo

Mike Pompeo

ABŞ Senatı Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədi Mike Pompeonu asanlıqla təsdiq edib.

Eyni zamanda dövlət katibi vəzifəsinə namizəd Rex Tillerson kiçik səs çoxluğu ilə Senatın Xarici Əlaqələr Komitəsindən keçib.

Senatda keçirilən səsvemədə Mike Pompeo 66-32 nisbətində nəticə ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.

Senat komitəsi keçmiş ExxonMobil başçısı Rex Tillersonun namizədliyini təsdiq edib

Senat komitəsi keçmiş ExxonMobil başçısı Rex Tillersonun namizədliyini təsdiq edib

Exxon Mobil şirkətinin keçmiş rəhbəri Rex Tillerson-un dövlət katibliyinə namizədliyi Senat komitəsindən 11 leyhinə, 10 əleyhinə nisbəti ilə keçib. Bu komitənin üzvlərindən 11-i respublikaçı, 10-u demokratdır. Komitədə respublikaçıların minimal çoxluğu Trumpın dövlət katibinə yaşıl işıq yandırıb.

Komitənin sədri Bob Corker deyib ki, o, Tillersonun enerji nəhənginə rəhbərlik zamanı qazandığı təcrübənin miqyasına şübhə etmir.

Lakin komitənin demokrat üzvü, senator Ben Cardin deyib ki, o Tillerson-un əleyhinə səs verib, çünki keçmiş Exxon Mobil başçısının Rusiyaya qarşı sanksiyalara dair suallara cavabları onu qane etməyib.

Tillerson-un namizədliyi Senatın tam heyətdə sessiyasında təsdiq olunmalıdır, lakin orada respublikaçılar 52 səslə çoxluğa malikdirlər.

Tillerson-un ən qatı tənqidçilərindən, respublikaçı Marco Rubio demişdi ki, onun Rusiyanın Suriyada cinayət törətdiyini deməkdən imtina etməsinə baxmayaraq, bu namizədliyi dəstəkləyəcək.

BIR CAVAB BURAXIN