Rusiya çalxalanır: Başqırd liderdən ana dili çağırışı

0
702

 


Dil və milli özünüdərk ən çətin məsələlərdən biridir.

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Başqırdıstan rəhbəri Rüstəm Həmidov söyləyib.

“Başqırdıstanda dillə bağlı etiraz aksiyaları dilin öyrənilməsinə aid deyil. Bu, sadəcə siyasətdir. Dil, milli özünüdərk ən çətin məsələlərdən biridir. Bunu siyasiləşdirmək və onu siyasiləşdirənlərin arxasınca getməyə ehtiyac yoxdur. Cəmiyyəti dil məsələsinə görə parçalamaqla gələcəyi qurmaq olmaz. Bu, çox təhlükəlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bu vaxta qədər Başqırdıstanın dövlət dili başqırd və rus dilləri olub. Bir müddət öncə Moskvanın başqırd dilinin icbari tədrisini ləğv etməsi ölkədə böyük etiraz aksiyalarına yol açıb.axar

 

BIR CAVAB BURAXIN