Rusiya Azərbaycana da “İsgəndər” raketləri satacaq – “Balans üçün…”

0
549

Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksləri verməsi regionda əlavə təhlükələr yarada bilər.
Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı, “Novaya qazeta”nın təhlilçisi Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, istənilən halda bu komplekslərin Ermənistana tədarükü regionda balansı dəyişir: “Balans üçün ola bilsin Rusiya belə raket komplekslərini Azərbaycana satsın”.

Ekspert əlavə edib ki, Ermənistana hansı “İsgəndər” raket komplekslərinin tədarük edildiyi aydın deyil: “Rusiya Ermənistanın silahın tədarükü barədə iddiasını inkar etməyib və bu məsələnin detallarını açıqlamayıb”.

BIR CAVAB BURAXIN