Rusiya Avropa Şurasını tərk edə bilər

0
482

Rusiya parlament nümayəndə heyətinə qarşı əsassız iddialarla Avropa Şurası tərəfindən  qəbul edilən qadağalar Moskvanın bu qurumu tərk etməsi ilə nəticələnəcək.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici işlər nazirinin müavni Aleksandr Qruşko bildirib: “Siyasi motivlər əsasında bizə qarşı qəbul edilən qadağalar qəbul edilməzdir. Ona görə də biz məsələ ilə bağlı bütün variantları, o cümlədən AŞ-dən çıxmaq yollarını nəzərdən keçiririk”.

Qruşko Avropa Şurasının sağlam məntiqə əsaslanacağına və Rusiyaya qoyulan qadağaya yenidən baxacağına ümid etdiyini də  öz sözlərinə əlavə edib. O deyib ki, əgər avropalılar AŞ-ni qoruyub saxlamaq istəyirlərsə, onda Rusiya nümayəndə heyətinin bu qurumdakı səlahiyyətləri bərpa edilməlidir.