Rusiya ABŞ-ın Suriya vədlərinə inanmır

0
151

Ötən gün prezident Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı barədə verdiyi açıqlama Rusiyada birmənalı qarşılanmayıb.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məsələyə münasibət bildirən  Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç bunun inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyadan çıxarılacağı barədə Trampın verdiyi açıqlama daha çox beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb: “Ola bilsin ki, müəyyən taktiki gediş əsasında ABŞ qoşunlarının bir hissəsi Suriyadan çıxarılsın. Ancaq onların yerini daha çevik döyüş əməliyyatı aparmağa qadır xüsusi təyinatlı güclərin tutacağı şübhə doğurmur. Eyni zamanda ABŞ-ın Suriyada hərbi hava qüvvələrini  saxlayacağı da indidən məlumdur”.