Rus kəşfiyyatının axtardığı türk azadlıqda

0
576

Türkiyə məhkəməsi ötən il Suriya ilə sərhəddə Rusiyaya məxsus döyüş təyyarəsinin pilotunu öldürdüyü iddia edilən və bu yaxınlarda qanunsuz silah gəzdirdiyinə görə həbs olunan türk hərbiçi Alparslan Çeliklə bağlı qərar qəbul edib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Alparslan Çeliyin xaricə çıxışına qadağa qoyulsa da, ancaq onun həbsi ev dustaqlığı ilə əvəz edilib.

 

Məhkəmə Alparslan Çeliklə bərabər, 7 nəfər barəsində təxliyə qərarı verib.

 

Qeyd edək ki, Rusiya tərəfi pilotun öldürülməsində Alparslan Çeliyi günahkar bilir. Hətta, Kremil hökuməti Alparslan Çeliyin həbs edilməsi üçün bir neçə dəfə rəsmi Ankaraya çağırış edib.

BIR CAVAB BURAXIN