“Rolls Royce”un Azərbaycanda da rüşvət verdiyi sübut olundu

0
252

 

rolls-royce-azerbaycanda-ilk-salonunu-acir

 

 

 

 

 

 

Rolls Royce 3 ölkəyə 800 milyon dollar rüşvət cəriməsi ödəyəcək.

ABŞ-ın Ədliyyə Nazirliyi, İngiltərənin avtomobil istehsalçısı Rolls Royce-ın xarici hökumət səlahiyyətlilərinə rüşvət verdiyi səbəbilə üç ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb.
“Marja” xəbər verir ki, Rolls Royce, ABŞ, İngiltərə və Braziliya hökumətlərinə cəmi 800 milyon dollar pul cəriməsi ödəməyi qəbul edib.

Nazirlikdən edilən yazılı açıqlamaya görə, söz mövzusu rəqəmin təxminən 605 milyon dollarının İngiltərəyə, 170 milyon dollarının ABŞ-a və 25 milyon dollarının Braziliyaya ödənəcəyi bildirilib. Adı çəkilən üç ölkədəki rüşvətxorluqla mübarizə çərçivəsində aparılan istintaqlar ilə, şirkətin 2000-2013 dövründə xarici hökumət səlahiyyətlilərinə dövlət tenderlərində qalib olmaq qarşılığında 35 milyon dollar rüşvət verdiyi ortaya çıxarılıb.

Rolls Royce-ın günahını qəbul etdiyi qeyd edilən açıqlamada, Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malayziya, Nigeriya və İraqın hökumət səlahiyyətlilərinin şirkətdən rüşvət aldığı qeyd edilib.
Şirkətin London birjasında əməliyyat olunan səhmləri, rüşvət istintaqının başa çatmasının ardından 6% dəyər qazanıb.

“Rolls-Royce Motor Cars” şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi “Improtex Motors” MMM-in rəhbərliyi altında fəaliyyət göstərir. “Rolls-Royce Motor Cars” şirkətinin Azərbaycanda ilk “Rolls-Royce Motor Cars Baku” salonunun rəsmi açılışı 2014-cü ilin Oktabr ayında baş tutmuşdu.

Rolls-Royce avtomobillər ilə bərabər, sərnişin təyyarələri, eləcə də hərbi təyyarələr üçün mühərriklər də istehsal edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 2 =