Rio-2016: Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı

0
575

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Virtualaz.org-un məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olub.

Xatırladaq ki, Bayram Mustafayev yarımfinalda yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlmişdi.

BIR CAVAB BURAXIN