“Real” Madrid İskonu 624 milyon avroya satır

0
220
 Madiridin “Real” kral klubu İskonu transfer etmək istəyən klublara onun qiymətini açıqlayıb.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kral klubu İskonun 624 milyon avroya satılacağını bildirib.
“Real” Madrid rəhbərliyinin İskonun qiymətini açıqlamasına səbəb isə İngiltərənin 3 böyük klubunun, “Çelsi”, “Tottenhem” və “Mançester Siti”nin 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyi olub.
Onu da deyək ki, hazırda kral klubunun yeni baş məşqçi Santyaqo Solari İskonu əsas heyətdə oynatmır və bununla da onun oyununu bəyənmədiyini nümayiş etdirir. Belə bir vəziyyətdə isə adı çəkiən ingilis klubları İskonu daha əlverişli qiymətə transfer edə biləcəklərinə ümid edirdilər.
PS. İskoya 624 milyon avro qiymət qoymaqla kral klubu onu satmaq istəmədiklərini nümayiş etdirirlər. Bir futbolçunu bu qiymətə transfer etmək üçün gərək ya dəli olasan, ya da on milyardlarla dollar pulun ola… Əslində 624 milyon avroya ən azından 8-10 İsko səviyyəli futbolçu almaq olar. Amma nə bilmək olar, bəlkə də pula pul deməyən dəli klub sahibləri tapıldı...
Əziz Mustafa