“Real” İspaniya Superkubokunun qalibi oldu – Video

0
567

“Real” İspaniya Superkubokunun qalibi oldu

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

Həlledici görüşdə Madridin “Santyaqo Bernabeu” stadionunda ötən mövsümün çempionu “Real” Kral Kubokunun qalibi “Barselona” ilə üz-üzə gəlib.  Qarşılaşma 2-0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, əzəli rəqiblər arasında keçirilən ilk oyunda madridlilər üstün olmuşdu – 3:1.

“Real” – “Barselona” 2:0

Qollar: Marko Asensio (4 dəq.), Kərim Benzema (39)

Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya superkubokunu qazanıb.“Qafqazinfo”

https://youtu.be/BjasY4vubFE?t=3

BIR CAVAB BURAXIN