“Real” “Bavariya” üzərində təmiz qələbə qazandı

0
551

Çempionlar Liqasında yarımfinal mərhələsinin dünən keçirilən növbəti qarşılaşmasında “Bavariya” Münhendə “Real” Madridi qəbul edib.

Arazinfo.com saytının məlumatına görə, oyun olduqca gərgin mübarizə şəraitində keçib. Almanlar ilk dəqiqələrdən üstünlüyü ələ alaraq bir müddət meydanda ağalıq ediblər. Nəticədə “Bavariya”nın aramsız hücumlarından birində, oyunun 28-ci dəqiqəsində Kimmüx hesabı açaraq meydan sahiblərini hesabda irəli çıxarıb. Buraxılan qoldan sonra tədricən özünə gəlməyə başlayan “Real” birinci hissənin 44-cü dəqiqəsində Marselonun olduqca güclü və gözəl zərbəsi ilə hesabı bərabərləşdirib. İkinci hissənin əvvəllərində Zidan meydana İskonun yerinə Asensionu buraxıb. Bu dəyişiklik öz sözünü deyib.  Asensio oyunun 57-ci dəqiqəsində ikinci topu meydan sahiblərinin qapısından keçirərək “Bavariya”nın növbəti mərhələyə çıxma şansını şübhə altına alıb.  Ronaldonun meydanda olduğu demək olar hiss edilməyən bu oyun 2:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

25 aprel

 

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 1:2

Qollar: Kimmix, 28 – Marselo, 44, Asensio, 57

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, “Alyans Arena”

“Bavariya”: Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi

“Real”: Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko

BIR CAVAB BURAXIN