“Real”-“Barselona” oyunu zamanı Benzemanın evini qarət ediblər

0
697

Madridin “Real” futbol klubunun fransalı hücumçusu Kərim Benzemanın evi qarət edilib.

Mediainfo.az-ın verdiyi xəbərə  görə, bu barədə El Chiringuito TV telekanalının yaydığı məlumatda deyilir. Qarətçilər Kərim Benzemanın evinə “Real” Madrid-“Barselona” oyunu keçirilərkən daxil olublar. Hələlik qarətçilərin Benzemanın evindən hansı məbləğdə pul və ya qızıl əşyaları apardığı barədə məlumat verilmir. Qeyd edək ki, bu futbol mövsümündə cinayətkar qruplar tərəfindən ”Liverpul”un oyunçusu Sadio Manenin, “Barselona”nın futbolçuları Boatenqin, Albanın, PSJ-də top qovan Silva, Alves, Şupo-Motinqin, həmçinin “Marsel”li Eyronun evləri qarət edilib