Rəmiş quran oxumağa başlayıb

0
292

Rəmiş quran oxumağa başlayıb

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) quran oxumağa başlayıb.

“Ucnoqta.az” xəbər verir ki, quranı mütaliə etməklə yanaşı, gündə bir neçə dəfə namaz da qalır.

Rəmişin həyat yoldaşı Gülü Hüseynova açıqlamasında xalq artistinin sosial vəziyyətinin çox pis olduğunu bildirib.

“Rəmiş 2015-ci ildən toylara getmir. Onun 2015-ci ildən bir dənə də olsun toyu yoxdu. Bizi istəməyən insanlar yalandan Rəmişi toya aparmaq istəyənlərə deyib ki, o xəstədi, o toya getmir. Belə biabırçılıq olmaz. Bizim vəziyyətimiz çox pisdi. Rəmiş xalq artisti adına görə 100 manat, mən də 180 manat pensiya alıram, onunla dolanırıq. Dolanmaq da demək olmaz, dilənirik. Rəmiş qeyrətli oğuldu. O gitaranı ilk dəfə Azərbaycan dilində dindirib. Niyə indi belə olmalıdı? Rəmiş heç kimə pislik etməyib. Köməklikləri lazım deyil, toylarına mane olmasınlar. Bizim vəziyyətimiz çox pisdi. Bu barədə hər yana müraciət etmişəm. Deyiblər gözləyin yaxşı olacaq. Biz də gözləyirik. Rəmiş belə günlərə layiq deyil”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + fourteen =