Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib – VİDEO

0
592

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

Bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSŞ) rəhbəri Sədi Güvən deyib.

“Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur”, – deyə o bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb.

YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən dövlət başçısı seçkilərində bülletenlərin 98 faizinin hesablanmasından sonra 52,5 faizlik nəticə ilə qalib gəlir, onun əsas rəqibi olan Mühərrəm İncə isə səslərin hələ ki, 30,8 faizini toplayıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli Yüksək Seçki Şurasının ilkin məlumatlarını dərc etmək hüququna malik olan “Anadolu” agentliyi yazıb.

Səsvermənin nəticələrinə görə, digər namizədlərdən kürdyönümlü Xalqların Demokratik Partiyasından olan Səlahəddin Dəmirtaş 8,2 faiz, “Yaxşı partiya”dan Meral Akşənər 7,4 faiz, Səadət partiyasından Teməl Qaramollaoğlu 0,9 faiz “Vətən” partiyasından Doğu Perinçek 0,2 faiz səs toplayır.

Yanaşı olaraq keçirilən parlament seçkilərində bülletenlərin 98 faizinin hesablanmasından sonra ölkənin hakim Ədalət və İnkişaf Partiyası 42,4 faiz səs ilə qalib gəlir. Onunla bir alyansda çıxış edən Milli Hərəkat Partiyası isə 11,1 faiz səs toplayır. Beləliklə onları birləşdirən Xalq alyansı parlamentdə yerlərin əksəriyyətini əldə etmək üzrədir.

Müxalifətdən olan Xalq Cumhuriyyət Partiyası 21,1%, Yaxşı partiya 9,7%, onları birləşdirən Milli alyans 34,1% səs toplamaqdadır. Parlamentdə 11,4 faiz səs toplamaqda olan kürdyönümlü Xalqların Demokratik Partiyası da təmsil olunacaq

Rəcəb Tayyib Ərdoğan: 55,08%

Məhərrəm Sinay: 29,41%

Meral Akşener: yüzdə 7,48

Selahattin Demirtaş: yüzdə 6,92

Temel Karamollaoğlu: 0,91%

Şərq Perinçek: 0,20%

Report

BIR CAVAB BURAXIN