Rəcəb Tayyib Ərdoğan Liviyaya dair Berlin konfransında iştirak edəcək

0
49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada münaqişənin həllinə dair Berlində keçiriləcək konfransda iştirak edəcəyini bildirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə lideri Almaniyaya birgünlük səfər edəcək.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel şənbə günü Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı ötən il dekabrın 19-da Liviya probleminə dair zirvə görüşü keçirmək niyyətində olduqlarını bildirmişdi.

Bazar günü isə Türkiyə prezidenti ilə Almaniya kansleri arasındakı telefon söhbəti zamanı Liviyadakı hadisələr və regional məsələr müzakirə edilib.

Almaniya baş nazirinin sözçüsü Steffan Seibert həftəlik mətbuat konfransı zamanı Liviya zirvəsi keçiriləcəyinin hələlik dəqiqləşmədiyini, müzakirə və razılaşdırma mərhələsində olduğunu açıqlayıb. Görüşün keçirilməsi halında Almaniya və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə yanaşı, Türkiyə, BƏƏ, Misir və İtaliyanın da iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Yunanıstan da tədbirdə iştirak etmək arzusunu bildirmişdi.