QLobal Terrorizm İndeksi: Azərbaycan ABŞ və Fransadan daha təhlükəsiz ölkədir

0
548

Azərbaycan terror aktlarının qarşısının alınması baxımından dünyada ən təhlükəsiz ölkələrdən biridir.

Arazinfo.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə London İqtisadiyyat və Sülh İnstitutunun bu gün yayımladığı Qlobal Terrorizm İndeksi (The Global Terrorism Index 2017) dair hesabatda bildirilib. Azərbaycan siyahıda 95-ci yeri tutub. Müqayisə üçün qeyd edək ki, ABŞ siyahıda 32-ci yerdə qərarlaşıb. Başqa sözlə, ABŞ-da terror təhlükəsi daha yüksəkdir.

Terror səviyyəsinin yüksək olduğu ölkələrin sırasında İraq, Əfqanıstan, Nigeriya,Suriya, Pakistan, Yəmən, Somali, Hindistan, Türkiyə, Liviya, Sudan və Misir yer alıb.

Qərbi Avropada isə ən çox terror təhlükəsinin olduğu ölkə Fransadır (23-cü yer). Rusiya 33-cü, Böyük Britaniya isə 35-cidir.

Cənubi Qafqaz ölkələrinə gəldikdə isə Ermənistan 75-ci, Gürcüstan 77-ci yerdə qərarlaşıb.

BIR CAVAB BURAXIN