“Qızıl top” mükafatı FİFA-dan alına bilər

0
600

Dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini yenidən “France Football” nəşri müəyyənləşdirə bilər.

AzərTAc xəbər verir ki, nəşrin rəhbəri bununla bağlı FİFA prezidenti Canni İnfantino ilə danışıqlara aparır. Danışıqlar müsbət nəticələnsə, ali futbol qurumu bu nominasiya üzrə seçimlər etməyəcək.

Xatırladaq ki, 1995-ci ildən 2009-cü ilədək “Qızıl top”un qalibini “France Football” nəşri müəyyənləşdirib. 1995-ci ilədək bu mükafatı təkcə avropalılar qazana bilirdilər. 1991-ci ildən isə FİFA öz mükafatını – “Brilliant top”u təsis edib. 2010-cu ildən isə bu mükafatlar birləşdirilərək “Qızıl top” adı ilə FİFA tərəfindən təqdim olunub.

“France Football” “Qızıl top” mükafatının sahibini Avropanın aparıcı nəşrlərinin jurnalistlərinin səsverməsi nəticəsində təyin edib. FİFA isə səsverməni yığmaların baş məşqçisi və kapitanlarının arasında keçirir

BIR CAVAB BURAXIN