Qiymət artımı: Avropa-Azərbaycan müqayisəsi

0
230

Arxiv fotosu.

2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14 faizdir.

 

İnflyasiya: Azərbaycanda 12, Avropada 1 faiz…

“Turan” Agentliyi xəbər verir ki, ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Dövlət Statistika Komitəsinin bilgilərinə görə, Azərbaycanda ərzaq məhsulları 14,7 faiz bahalaşıb.

Avropa statistikası isə bir faizlik inflyasiya olduğunu bildirir.

Agentliyin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18 faiz təşkil edib. Ən mühüm məhsullar üzrə isə qiymətlər 22 faizdən 100 faizə qədər qalxıb

Qiymətlər 100 faizədək artıb…

Mal əti 42,8, qoyun əti 22,2, toyuq əti 25,9, kərə yağı 42,1, qarğıdalı yağı 44, yumurta 30,7, şəkər tozu 66,6, qənd 33,3, duz 28,5, düyü 38, kartof 33,3,soğan 30, xiyar 100, pomidor da 94,4 faiz bahalaşıb.

Agentliyin hesablamalarına görə, müasir Avropa tarixində SSRİ dağıldıqdan sonra belə bir inflyasiya artımı qeydə alınmayıb.

Avropa Birliyində inflyasiyanın səviyyəsi son 20 ildə illik 2 faiz həddində dəyişir. Ən yüksək artım 2007-ci ildə qeydə alınıb – 3,2 faiz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + seventeen =