Qırğızıstanda matəm elan olundu

0
175

Qırğızıstanda 29 avqust matəm günü elan edilib.

APA-nınverdiyi məlumata görə, Qırğızıstan prezidenti Almazbek Atambayev avqustun 27-də səhər Moskvanın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verən yanğın nəticəsində 14 Qırğızıstan vətəndaşının həyatını itirməsi ilə əlaqədar belə fərman verib.

Fərmana əsasən sabah ölkədə dövlət bayrağı yarıya qədər endiriləcək, bütün əyləncəli tədbirlər ləğv ediləcək. Dövlət başçısı hökumətə yanğın zamanı həyatını itirənlərin ailələrinə hərtərəfli yardım göstərilməsi barədə tapşırıq verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × five =