Qazaxlar “onları lağa qoyan” Boratdan niyə incimədilər?

0
696

 

BoratImage copyrightGETTY IMAGES

On il əvvəl Birləşmiş Ştatlarda istənilən işsiz adam ipoteka ala bilərdi. Baş nazir Tony Blair-i Birləşmiş Krallığın “axsaq ördəyi” adlandırırdılar. Bir nömrəli düşmən İslam Dövləti yox, əl-Qaeda idi. Bir də Borat satirik filmi vardı: “Şanlı Qazaxıstan Xalqının Mənfəəti Naminə Amerika Mədəniyyətinin Öyrənilməsi” kinoteatrlarda gedirdi.

Film bir xeyli hay-küy yaratmışdı. ABŞ boyunca cəmi 800 kinoteatrda göstərilməsinə baxmayaraq Borat elə ilk həftəsonunda hit olmuşdu. Bu filmə sənədli – documentary film kimi yox, mockumentary – lağlağı kimi tamaşa edirdilər.

Mənim Boratla münasibətlərim o hələ böyük ekranlara çıxmadan başlanıb. Mən Qazaxıstanda British Council təşkilatının ofisində ictimai əlaqələr katibi kimi çalışrdım. Britaniya televiziyasındakı qazax obrazı barədə oxumuşdum.

Mən onun barəsində Britaniyadan olan həmkarımdan soruşanda o bir az tutuldu və dedi ki, bu, əslində özünü milliyyətcə qazax jurnalisti kimi aparan bir aktyordur və sözü gedən şou xüsusi Britaniya yumoru jandrındadır ki, bunu onun qazax dostları çətin başa düşərlər. Heç nə anlamamışdım.

Bundan bir il sonra mən artıq ilk dəfə olaraq Birləşmiş Krallığa gəlmişdim. Burada Chanel 4 telekanalında göstərilən Da Ali G şousuna – yəni Borata tamaşa etdim…və deyim ki, mənə çox gülməli göründü.

Əlbəttə, mən başa düşdüm ki, bu Britaniya özünütəcridinin tənqidi məqsədilə Britaniyanın ətraf aləmə münasibətinin satira atəşinə tutulması idi. Mən Ali G-ni və Boratı və hətta admiral Həffaz Ələddini çox xoşlayıram. Mənim üçün bu obrazların yaradıcısı Baron Cohen çox ciddi mesajlar verən zəhmətkeş bir aktyordur. Mənim başqa bir dostum, Cambridge Universitetinin professoru deyəndə ki, Cohen də həmin ali məktəbdən məzun olub, mən onun yumorunun arxasındakı intellektual gücün haradan qaynaqlandığını başa düşdüm.

Mənim Qazaxıstan boyunca media sahəsində çalışan həmkarlarım, hətta onların menecerləri də Borata tamaşa etmişdilər və inanırdılar ki, bu Qazaxıstan üçün bir PR-dır. Biz Baron Coheni-in həqiqi Qazaxıstanda şou hazırlamasını istəyirdik.

Mən hətta gülünc görünəcək bir ideya da vermişdim ki, bəlkə Borata Qazaxıstan vətəndaşlığı, şəxsiyyət vəsiqəsi və VÖİN verək. Əlbəttə bu söhbətlər sonunda boşa çıxmışdı. Lakin “millətimizin oğlu” ilə əməkdaşlıq ideyası bizimlə qalırdı.

“Is nice?”

BoratImage copyrightALAMY
Image captionBaron Cohen nadan rolunu oynamaqla nadanlığı ifşa edir. Məsələn o ABŞ barlarından birində adamları “Gəlin yəhudiləri quyuya ataq” mahnısını oxumağa vadar edir

Amma heç də bütün qazaxlar belə düşünmürdülər. Borat Da Ali G şousunda göstəriləndən sonra Baron Cohen-in internet saytı Qazaxıstanda bir müddət bloklanmışdı.

Bundan bir il əvvəl mən New York-dakı idman salonlarından birində gümrahlıq təlimatçısı işləyən bir qazaxla görüşmüşdüm. O deyirdi ki, filmin Manhattandakı premyerası zamanı Baron Cohen-in bir neçə addımlığında olub.

Bizim oğlan qazax xalqını ələ saldığına görə aktyou əzişdirməyi düşünürmüş. Sonralar biz bu barədə söz düşəndə özümüzü gülməkdən saxlaya bilmirdik. Dostum deyirdi ki, Sacha-nı döysəydi bu Qazaxıstan üçün çox fəlakətli bir antireklam olacaqdı..

Belə başa düşmək olar ki, 2006-cı ildə bu filmdən ən çox qəzəblənənlər bizim Britaniyada və ABŞ-da oxuyan tələbələrimiz idi. Onlar bunun zarafat olduğunu başa düşürdülər, lakin onların yataqxanalarındakı əcnəbi tələbə yoldaşları yox. Əcnəbilər elə bilirdilər ki, Qazaxıstan elə həqiqətən də bu gündədir.

Əlbəttə, hökumət PR-ın məzmununu dəyişmək üçün səylər göstərirdi. Mən bu proseslərə bir neçə dəfə dəvət edilmişdim və sizi əmin edə bilərəm ki, Qazaxıstan rəsmilərinin heç biri bu filmlə özlərini təhqir olunmuş hesab etmirdi. Müzakirələrin başlıca mövzusu ölkənin bu sayaq qəfil dildən-dilə düşməsindən necə faydalanmaq idi.

Borat filmində həqiqətin harda olub, harda olmamasını bilmək çox mühümdür. Bu filmin nümayişindən dərhal sonra qərblilər xəritənin üstünə cumaraq “bu Qazaxıstanın” harada yürləşmısi ilə maraqlandılar. Lakin burada hətta Borat obrazının dili də qazax dili deyildi. Filmdə də, teleşouda da Sacha Baron ivrit dilində danışır. Filmin kadrlarında Qazaxıstan yox, Rumıniyanın Qlod kəndinin mənzərələri görünür. Boratın qonşuları qazaxlar yox, onun qaraçı adlandırdığı romalılardır.

BoratImage copyrightALAMY
Image captionABŞ-da keşirilən bir rodeoda Borat “qoy sizin George Bush İraqdakı bütün kişilərin, qadınların və uşaqların qanını içsin” deməklə alqışlara səbəb olmuşdu

Qazaxıstanda getdikcə daha çox adam başa düşürdü ki, Borat filmi qazaxların vətəninə yox, Amerika tamaşaçılarına ünvanlanıb. Sacha Baron Cohen-in əsl məqsədi Amerikanın əcnəbinin gözü ilə necə göründüyünü göstərmək idi.

Burada Boratla görüşən amerikalılar ABŞ-dan başqa dünyada heç bir ölkənin mövcudluğunu qəbul etməyənləri təmsil edirdilər. O bir növ 21-ci əsrin Alexis de Tocqueville-i idi. Bu yanaşma hamıya bəlli olduqdan sonra qazaxlar bu filmə hər hansı maraqlarını itirdilər.

Sözün əsl mənasında

Lakin bir çox qərbyönlü qazaxlar hiss edirdilər ki, əsl Qazaxıstanı tanıtmaq ehtiyacı var. İctimai əlaqələr üzrə peşəkarlar bu məsələni qızğın müzakirə edirdilər. Mənim də bu film barədə müəyyən suallarım var idi.

Odur ki, mən ictimai əlaqələr sahəsində bir sıra aparıcı ekspertlərlə söhbətlər etdim. O vaxt Nike və Starbucks firmalarında çalışmış Scott Bedbury mənə demişdi ki, o ABŞ-da kiminsə bu filmin Qazaxıstan barədə olmasına inandığını düşünmür və filmi sadəcə komediya kimi qəbul edirlər.

O vaxtlar Qazaxıstanın Birləşmiş Krallıqda səfiri olmuş Yerlan İdrissov “The Guardian” qəzetinə demişdi: “Biz qapazaltıyıq. Borat, insan haqları doğrudan da bərbad olan, məsələn Taliban hakimiyyəti dövründə Əfqanıstan kimi bir ölkəni də təmsil edə bilərdi. Lakin bu, Baron Cohen üçün təhlükəli olardı.

Bu halda ona ölüm fətvası oxuyardılar. Hər bir qazax bu filmlə təhqir olunub. Amma Qazaxıstan Baron Cohen də daxil bütün tənqidçilərini öz narahatlıqlarını açıq demək üçün ölkəyə dəvət etməyə, hələ onların bütün yol və yaşama xərclərini ödəməyə də hazırdır”.

BoratImage copyrightALAMY
Image captionBoratın səfəri fransız yazıçısı Alexis de Tocqueville-in 1831-ci ildə ABŞ-a səfərini və axırda bu səfər əsasında “Amerikada demokratiya” kitabını yazmasını xatırladır

Bu cür bəyanatlar Qazaxıstan hakimiyyətinin filmə münasibətinin başlanğıcda olan strategiyasını nümayiş etdirirdi.

Yəni elə də böyük bir iş olmayıb. Lakin sonralar Qazaxıstanın ovaxtkı xarici işlər naziri Yerjan Kazıxanov ölkə parlamentində demişdi: “Filmin ekranlara çıxması ilə Qazaxıstana səfər üçün viza müraciətləri 10 dəfə artıb.

Bu böyük nailiyyətdir və mən Qazaxıstana turist cəlb etdiyi üçün Borata təşəkkürümü bildirirəm.”

Lakin bütün yanaşmalar belə müsbət deyildi. 2006-cı ilin noyabrında Qazaxıstanın tanınmış teleaparıcılarından Jantemir Baymuxamedov Londona getmiş və bildirmişdi ki, Baron Cohenə at əti ilə at sidiyi içirdəcək, çünki Borat bunları Qazaxıstanın milli yeməyi kimi təqdim etmişdi.

BoratImage copyrightALAMY
Image captionFilm bəzən real həyatda çox dolaşıqlıqlar yaradırdı. Məsələn Küvetdə keçirilən atıclıq yarışında qazaxıstanlı qalibi şərəfləndirmək üçün dövlət himninin “Borat versiyası” səsləndirilmişdi

Lakin o hər şeyi o qədər yarıtmaz təşkil etmişdi ki, Cambridge Universitetinin məzununun heç üzünü də görə bilməmişdi.

2010-cu ildə kinorejissor Erkin Rakişev demişdi ki, Borat filmini gördükdən sonra Qazaxlstana səfər etmiş gənc amerikalı barədə film çəkəcək. Film bu vaxtadək çəkilməyib.

Belə görünür ki, filmə ən yaradıcı reaksiya tanınmış skripkaçı Marat Bisenqaliyevdən olub. Bisenqaliyev mənə zəng edərək bildirmişdi ki, Qazaxıstan mədəniyyətini daha yaxşı tanıtmaq məqsədilə orjinal musiqilərin bəstələnməsi üçün vəsait toplamaqda ona kömək edim.

Biz Sacha-nın qardaşı, bəstəkar Erran Baron Cohen-dən xahiş etdik ki, 20 dəqiqəlik bir musiqi parçası bəstələsin. Qazax xalq musiqisinin motivləri ilə yazılmış Zere adlanan bu əsər 2007-ci ildə Londonda, Piccadilli-dəki müqəddəs James Kilsəsində təqdim edilmişdi.

Əsəri Qazaxıstanın Turan Alem simfonik orkestri ifa etmiş və Bisenqaliyevin özü skripka partiyasını çalmışdı. Bu konsertin sorağı “The Daily Telegraph”dan tutmuş “Sydney Morning Herald”adək qəzetlər vasitəsilə bütün dünyaya yayılmışdı. Xəbərlərin canı bundan ibarət idi ki, qazaxlar da nəhayət Sacha ilə zarafat edə bildilər.

BBC

BIR CAVAB BURAXIN