Qazaxıstanda xüsusi rejim elan olundu

0
565

Qazaxıstanda 40 gün ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edildi.

Bu barədə RİA Novosti Qazaxıstanın terror ilə mübarizə üzrə əməliyyat qərargahına istinadən xəbər yayıb.

“Yaranan vəziyyəti nəzərə alaraq, 40 sutka ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edilir”, – məlumatda deyilir.

DİN yerli sakinlərdən şübhəli əşyalara toxunmamağı, hüquq-mühafizə orqanları əməkdaşları sənədləri yoxlayarkən təşvişə düşməməyi, dövlət orqanlarının rəsmi məlumatını rəhbər tutmağı xahiş edib.

Xatırladaq ki, Qazaxıstan DİN Aktobedə baş verən hücumların terror aktı olduğunu bəyan edib.

Yeri gəlmişkən, məlum hadisələrin ərəfəsində naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum ediblər.

Bir müddət sonra Aktobedə antiterror əməliyyatının gedişatında daha beş cinayətkar məhv edilib.

Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir.

 

Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var.

 

Saxlanılan şəxslər istintaq təcridxanasına salınıb.  Araşdırma davam etdirilir.

 

Bu arada məlum olub ki, ötən gün Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.

 

O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.

Kreml Qazaxıstandakı hadisələrə münasibət bildirdi

Qazaxıstan hərbçiləri Aktobedə vəziyyətə nəzarət edirlər.

Kreml Rusiyanın Qazaxıstanla sərhədin gücləndirməsinə, çətin ki, ehtiyac olacağını hesab edir.

TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Birincisi, vəziyyətə qazaxıstanlı hərbçilər tərəfindən yetərincə səmərəli nəzarət edilir. Və burada Qazaxıstan ilə sərhədi, çətin ki, möhkəmləndirməyə ehtiyac olsun”, – deyə Peskov bildirib.

O əlavə edib ki, belə vəziyyətlərdə ölkələr arasında qarşılıqlı fəaliyyət yalnız tərəflərdən birinin xahişi ilə həyata keçirilir.

“Hazırda mənə bu barədə qazaxıstanlı tərəfdaşlarımızdan qarşılıqlı fəaliyyət üzrə tələbatın olub-olmadığı məlum deyil”, – Kreml nümayəndəsi bildirib.

O, həmçinin istintaqın Aktobedə baş verən hadisəni araşdıracağından əmin olduğunu bildirib, baş verənləri isə Qazaxıstanın daxili işi adlandırıb.

“Sözsüz ki, bu, Qazaxıstanın daxili işidir. Qazaxıstan hərbçiləri bu quldurlara yetərincə səmərəli qarşılıq veriblər. Bu hücumun arxasında nəyin durduğunu, əlbəttə ki, Qazaxıstanın istintaq orqanları müəyyən edəcəklər”, – deyə Peskov bəyan edib. –

BIR CAVAB BURAXIN