Qazaxıstanda əhali soyuqdan donur

0
505

Bu gün səhərdən Qazaxıstanda ilin bu vaxtı üçün xarakterik olmayan dəhşətli şaxtalar başlayıb.

Arazinfo.com-un  Nur.kz-a istinadən verdiyi xəbərə görə, Sibirdən ölkə ərazisinə daxil olan antisiklon Qazaxıstanın hər yerində havaların rekord səviyyədə soyumasına yol açıb. Bu gün yerli vaxtla saat 12 radələrində Qazaxıstanın paytaxtı Astanada 32 dərəcə şaxta qeydə alınıb. Dəhşətli şaxtalar nəticəsində bir-sıra məktəblərdə tətil elan edilib, əhali isə küçələrdə demək olar görünmür, yalnız şəhərin mərkəzi hissələrində tək-tük nəqliyyat vasitəsi nəzərə çarpır.  Qazaxıstan Hava məlumatı bürosunun məlumatına görə, dekabrın 22, 23, 24-də ölkənin şimal, şərq və mərkəzi hissələrində 39-40 dərəcə şaxta gözlənilir. Bununla əlaqədar müvafiq qurumlar tərəfindən əhaliyə zərurət yaranmayacağı təqdirdə küçələrə çıxmamaq, şəxsi nəqliyyat vasitəsindən istifadə etməmək tövsiyə edilib.