Qazaxıstan Mərkəzi Bankının rəhbəri təngə və manatın ucuzlaşması haqda

0
503

Qazaxıstan Mərkəzi Bankı bu ilin yanvarından bəri ilk dəfə olaraq milli valyutanın kəskin ucuzlaşmasının qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib.

Virtualaz.org xəbər verir ki, Qazaxıstan Mərkəzi Bankı iyul ayında bazara öz ehtiyatlarından 199 milyon dollar çıxardığını açıqlayıb. Bu, neftin yenidən ucuzlaşması tendensiyası ilə bağlı təngənin kursunun kəskin aşağı düşməsinə imkan verməmək üçün edilib. Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akşiyev keçirdiyi mətbuat konfransında deyib ki, yanvar-iyul ayları ərzində bank bazardan 3 milyard dollardan çox valyuta almışdı və öz strateji ehtiyatlarını artırmağa nail olmuşdu.

Xatırladaq ki, Qazaxıstan Mərkəzi Bankı ötən ilin ortalarından etibarən sərbəst üzən məzənnə siyasətinə keçib. Nəticədə təngə bir neçə günə 33 faiz dəyər itirib, ucuzlaşma sonrakı mərhələdə də davam edib. Bu ilin əvvəllərindən isə təngənin ucuzlaşması tempi aşağı düşmüşdü.

BIR CAVAB BURAXIN