“Qarabağla bağlı razılaşmanı gizlətmirik”- Rusiya rəsmisi

0
561

“Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi ilə bağlı əldə olunan razılaşmaları gizlətmirik. Sadəcə, burada kimin neçə üstünlük qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir” ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.
O, deyib ki, Qarabağ problemini həlli ilə bağlı danışıqlar prosesi mövcuddur və münaqişənin həlli üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirilir.
Zaxarova deyib ki, danışıqlar zamanı konkret razılıqlar əldə olunsa, mütləq bu barədə hər kəs məlumatlandırılacaq.
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq birgə bəyanat imzalandığını qeyd edən M. Zaxarova tərəflər arasında əldə olunan razılaşmaların bəyanatda əksini tapdığını qeyd edib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticələr əldə etmək üçün ictimai ritorikadan yayınmaq lazımdır. Ona görə yox ki, biz danışıqlar prosesində əldə olunan nəyisə gizlədirik, sadəcə, burada kimin neçə xal qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir”.

BIR CAVAB BURAXIN