“Qarabağ”dan qələbə, “Qəbələ” xal itirdi, “Neftçi”dən biabırçılıq

0
573

Topaz Premyer Liqasında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə matçlardan biri Sumqayıtda, digəri isə Bakıda baş tutub.

 

Turnir cədvəlinə başçılıq edən “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Oyun gözlənilənin əksinə olaraq bərabərliklə başa çatıb. Qonaqlar oyunboyu üstün olsalar da, yekunda oyuna əlavə edilmiş dəqiqələrdə buraxdıqları qolla iki xal itiriblər.

 

Son 3 mövsümün qalibi “Qarabağ” isə “Neftçi” ilə qarşılaşıb. İlk hissədə Rahid Əmirquliyev möhtəşəm zərbə ilə hesabı açıb. Ağdamlılar bir də 90-cı dəqiqədə seviniblər. Jayro avtoqola imza atıb. Əsas diqqətçəkən hadisələr isə matçın sonunda yaşanıb. “Neftçi”nin hücumçusu Katalin Tira meydana daxil olan azarkeşi yumruqlayıb. Bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalanan oyunçu tarixi oyunda tarixi biabırçılığa imza atıb.

 

Topaz Premyer Liqası

IX tur

25 oktyabr (çərşənbə axşamı)
“Neftçi” – “Qarabağ” – 0:2

Qollar: Rahid Əmirquliyev, 29, Jayro, 90 (öz qapısına)

Qırmızı vərəqə: Katalin Tira, 90 (meydana daxil olan azarkeşi vurduğu üçün)
I dövrədəki oyun: 0:3

8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 30. Dario Melnyak, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov, 20. Eltun Yaqublu, 95. Elvin Bədəlov, 10. Cavid İmamverdiyev (k)
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 9. Katalin Tira, 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli, 26. Kamal  Qurbanov, 13. Murad Ağayev
Baş məşqçi: Elxan Abdullayev

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt” – “Qəbələ” – 2:2

Qollar: Yusif Nəbiyev, 46, Amil Yunanov, 90+4-pen. – Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

Qırmızı vərəqə: Sadiq Quliyev, 90+3
I dövrədəki oyun: 0:2

Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 21. Nasır Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Ürfan Abbasov, 39. Sadiq Quliyev
Baş məşqçi: Roman Qriqorçuk

 

 

1 Qəbələ 9 6 3 0 22-3 21
2 Qarabağ 9 6 1 2 20-5 19
3 İnter 9 4 5 0 13-8 17
4 Kəpəz 9 2 5 2 7-8 11
5 Zirə 9 3 2 4 8-10 11
6 Sumqayıt 9 2 3 4 8-14 9
7 Neftçi 9 2 0 7 6-20 6
8 AZAL 9 0 3 6 4-20 3

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7

 

BIR CAVAB BURAXIN