“Qarabağ”dan 7-ci transfer – Tarik El Yunussi Ağdam klubunda

0
548

“Qarabağ”dan 7-ci transfer

“Qarabağ” klubu yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib. 

Komandamız Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb. Qafqazinfo.az

BIR CAVAB BURAXIN